Londonda RUS ARAĞI  piştaxtanın altından satılır 
17 mart 2022 18:00 (UTC +04:00)

Londonda RUS ARAĞI piştaxtanın altından satılır 

Londondakı məşhur “Harrods” univermağı qadağalara baxmayaraq, Rusiya istehsalı olan “Beluga” arağının satışını davam etdirir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə mağazanın əməkdaşları bildirib.

İşçilər “Beluga” brendini ümumi rəflərdən yığışdırıb univermağın zirzəmisində saxlasalar da, gizlin çəkildə müştərilərə satırlar. 

Yarım litrlik şüşəni 90 funta (12,5 min rubl) almaq olar.

Analoji vəziyyət “Selfridges” univermaqlar şəbəkəsində də müşahidə olunur. Bildirilir ki, Britaniya paytaxtının mərkəzində yerləşən flaqman mağazada müxtəlif həcmli və seriyalı qablarda məhdudiyyətsiz rus arağı da satılır: 

-    “Beluga Gold Line” 150 funt-sterlinq;
-    “Beluga Noble” 46,99 funt-sterlinq;
-    “Beluga Celebration” 52,99 funt-sterlinq.

Bəzi mağazalarda Rusiya araqları bir müddət piştaxtalardan yığışdırılmayıb, butulkalar Polşadan gətirilən spirtli içkilərin yanına qoyulub ki, diqqət çəkməsin.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücum etməsindən sonra Britaniya bu ölkənin istehsal etdiyi məhsullardan imtina edib, bir sıra dövlət rəsmilərinə və iş adamlarına qarşı çoxsaylı sanksiyalar tətbiq edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1215

Oxşar yazılar