Limanda PARTLAYIŞ:  Rusiya hərbçiləri Ukrayna taxılı ilə yüklənmiş 5 gəmini  oğurladı
24 mart 2022 11:56 (UTC +04:00)

Limanda PARTLAYIŞ: Rusiya hərbçiləri Ukrayna taxılı ilə yüklənmiş 5 gəmini oğurladı

Rusiya ordusunun ələ keçirdiyi Ukraynanın Berdyansk dəniz limanında bir neçə ardıcıl partlayış olub.

Lent.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində limanda genişmiqyaslı yanğın baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, liman ərazisində bir neçə gəmi və neft çənləri alovlanıb. 

Hadisənin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Berdyansk limanından Rusiya qoşunları artıq fəal şəkildə istifadə edir. Rusiyanın hərbi texnikasını daşıyan nəhəng “Orsk” desant gəmisi də limana yan alıb.

Bildirilib ki, Rusiya hərbçiləri limanda olan Ukrayna taxılı ilə yüklənmiş beş gəmini oğurlayıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2817

Oxşar yazılar