Kuba qonşu ölkələrdən kömək istədi 
07 avqust 2022 02:26 (UTC +04:00)

Kuba qonşu ölkələrdən kömək istədi 

Neft anbarında baş verən yangğına görə Kuba hökuməti “dost ölkələrdən” kömək istəyib.

Lent.az-ın xəbərinə görə, ölkənin Xarici İşlər Nazirliyi yaydığı bəyanatda neft yanğınlarını söndürməkdə təcrübəsi olan ölkələrin  köməyinə ümid edib.

Prezident Miqel Dyaz-Kanel bildirib ki, yanğının ram edilməsi uzun vaxt aparacaq.

ABŞ-ın Havanadakı səfirliyi sosial şəbəkə hesabında bildirib ki, ölkə qanunvericiliyi fövqəladə hallarda Kubaya yardım edilməsinə qadağa qoymur. 

Qeyd edək ki, paytaxt Havana yaxınlığındakı neft anbarında baş verən yanğın nəticəsində 77 nəfər xəsarət alıb, 17 yanğınsöndürən itkin düşüb.
 

# 1611
avatar

Oxşar yazılar