Kremli hədələdilər : “Kiyevə raket hücumuna cavab hazırlanır”
26 iyun 2022 16:14 (UTC +04:00)

Kremli hədələdilər: “Kiyevə raket hücumuna cavab hazırlanır”

Ukrayna Prezidentinin müşaviri Aleksey Arestoviç bildirib ki, Ukrayna Rusiyanın bu gün Kiyevə raket hücumuna cavab hazırlayır.

Lent.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

Arestoviç qeyd edib ki, cavab zərbəsinin hədəfi qeyri-mülki əhali olacaq.

"Kremldəkilər elə bilir ki, biz dağılacağıq. Biz isə cavab verəcəyik. Yalnız sizin kimi dinc insanlar üçün deyil. Komanda postları üçün", - o yazıb.

# 2196
avatar

Oxşar yazılar