Koreya rəsmisi ölkənin liderindən əvvəl zala daxil olan Putinin nazirlərini qovub
19 iyun 2024 16:45 (UTC +04:00)

Koreya rəsmisi ölkənin liderindən əvvəl zala daxil olan Putinin nazirlərini qovub

Şimali Koreya rəsmisi ölkənin lideri Kim Çen Indan əvvəl zala girməyə tələsən Rusiya hökuməti nazirlərini iclas zalından qovub. 

Lent.az-ın xəbərinə görə, “The Moscow Times” bildirir ki, hadisənin görüntüləri Şimali Koreya mediası tərəfindən canlı yayımlanıb.

Zala birinci daxil olan xarici işlər naziri Sergey Lavrov masa arxasında oturarkən yorğunluqdan inildəyir, bundan sonra nə iləsə çirkləndiyindən şikayətlənir. Lavrovun yanında baş nazirin birinci müavini Denis Manturov və baş nazirin müavini Vitali Savelyev oturub. Yayımlanan kadrlarda baş nazirin müavini Aleksandr Novak, müdafiə naziri Andrey Belousov, səhiyyə naziri Mixail Muraşko və “Roskosmos”un rəhbəri Yuri Borisov da yer alıb.

Pərdə arxasında şimali koreyalı bir məmur tezliklə Rusiya nazirlərinə “Zaldan çıxın” əmrini verir.

“Biz bura niyə gəldik? Siz mənə dərhal xəbərdarlıq etməli idiniz...” hökumət məmuru cavabında çaşqınlıq içində qalır.

Şimali Koreya rəsmisi "Bizim liderimiz birinci daxil olacaq" deyir.

Bu sözlərlə veriliş kəsilir, ardınca Vladimir Putin və Kim Çen Inın rəhbərlik etdiyi geniş formatda Rusiya-Koreya danışıqlarının bir qədər sonra başladığı boş görüş otağının kadrları yayılır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3006
avatar

Oxşar yazılar