Kliçkonun təklifi qəbul ediləcəkmi? – Papadan Ukrayna açıqlaması 
02 aprel 2022 14:19 (UTC +04:00)

Kliçkonun təklifi qəbul ediləcəkmi? – Papadan Ukrayna açıqlaması 

Papa Fransisk Kiyevə səfər etməyi düşündüyünü açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şənbə günü Amerikanın “NBC NEWS” televiziyasının jurnalisti Klaudio Lavanqa “Twitter” hesabında yazıb.

“Maltaya gedən yolüstü Papa Fransiskdən Kiyevə səfər etməyi düşünüb-düşünmədiyini soruşdum. O, belə cavab verdi: "Bəli, bununla bağlı təklif masanın üstündədir”, - deyə jurnalist vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl pontifik son həftələrdə Ukrayna paytaxtına səfərlə bağlı dəvət məktubları aldığını bildirmişdi. Şəhər meri Vitali Kliçkodan da Papaya dəvət məktubu göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2002

Oxşar yazılar