İranda ürəksızladan EDAM:  13 il görmədiyi anasını belə öldürdü
04 sentyabr 2022 10:05 (UTC +04:00)

İranda ürəksızladan EDAM: 13 il görmədiyi anasını belə öldürdü

İranda bir ananın edamı dünya mediasının gündəmində olub.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, söhbət ötən ilin fevral ayında Rəşt şəhərində edam olunan Məryəm Kərimidən gedir. Belə ki, İranın Xəzər dənizi sahillərində yaşayan Məryəm Kərimi ilə həyat yoldaşı arasında tez-tez mübahisələr olurdu. Bu mübahisələr isə onların 6 yaşlı qızlarının yanında baş verirdi. Ancaq qız təbii ki, bunları başa düşmürdü. Məryəm Kərimi ərindən boşanmaq istəsə də, kişi bunu qəbul etmirdi. Nəhayət, vəziyyətindən cana doyan qadın bir gün atası Ebrahimə danışır.

Ebrahimin məsləhəti isə hər ikisinin sonu olur...

Belə ki, ata Ebrahim əvvəlcə kürəkəni ilə söhbət edir. Lakin bu nəticəsiz qalır. Belə olduqda, ata qızına ərini öldürməyi fikrini irəli sürür. Plana görə, Məryəm ərini öldürəcək, daha sonra isə Ebrahim qızı ilə birgə başqa şəhərə köçüb izi itirəcəkdilər. Məryəm atasının fikrini yerinə yetirdi. Onların başqa şəhər köçmələri də uğurlu oldu. Lakin, bir müddət sonra polis əməkdaşları hadisənin üstünü açdılar və ata-qız həbs edildilər.

Onların həbs müddətində isə 6 yaşlı qızları ata tərəfdən baba və nənəsinin yanında qaldı. Bir dəfə də olsun anasının üzünü görmədi. Həbsdə olan ata-qız isə 2009-cu  ildən 2021-ci ilədək nə vaxtsa azad olunacaqlarını düşünərək, müddətin bitəcəyini gözləyirdilər. Ancaq...

İran hüquq-mühafizə orqanları qətl törədən ata və qızı üçün edam cəzası təyin edir. Dövlətin qanunlarına görə, cinayət zamanı zərərçəkmiş tərəf “qana-qan” prinsipindən çıxış edir və bunun üsulunu da özü seçir. Ancaq qatil bağışlana da bilər. Bu isə zərərçəkmişə baş ucalığı gətirir.

Məryəmgilin işində də bu üsulu seçən şəxs axırıncı dəfə 6 yaşında üzünü gördüyü qızı oldu. Artıq həmin qızın 19 yaşı vardı. Onu da qeyd edək ki, qızın nənə-babası onun ata-anasının öldüklərini demişdilər.19 yaşlı qız anasının sağ olduğunu edamdan bir neçə dəqiqə əvvəl öyrənmişdi. Məryəm Kərimi beləcə 2021-ci ildə 13 ildən sonra ilk və son dəfə qızı ilə üz-üzə gəldi. Ancaq bu zaman Məryəm gözü bağlı şəkildə gətirildi. Cəmi bir neçə dəqiqə sonra 19 yaşlı qız 13 il üzünü görmədiyi, edam kürsüsünə çıxarılan, boğazında ip olan anasını həyatdan məhrum edəcəkdi. Beləliklə, qız təpiklə kürsünü vurub yıxdı və Məryəm Kərimi həyata gözlərini əbədi yumdu.

Ondan 1 il sonra da atası Ebrahim edam olundu.

İran İnsan Haqları Təşkilatının statistikasına əsasən, 2021-ci il ərzində ölkədə 330-dan çox insan edam edilib.

# 4236
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Şoyqu həbs edilən  müavinini vəzifəsindən uzaqlaşdırdı

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırdı

25 aprel 2024 , 00:48
ABŞ-da "TikTok" qadağan edildi

ABŞ-da "TikTok" qadağan edildi

24 aprel 2024 , 21:54
Navalnıya görə işdən çıxarıldı

Navalnıya görə işdən çıxarıldı

24 aprel 2024 , 11:47
Panamada güclü zəlzələ  baş verdi

Panamada güclü zəlzələ baş verdi

24 aprel 2024 , 08:27
Argentina iranlı nazirin  həbs edilməsini tələb etdi

Argentina iranlı nazirin həbs edilməsini tələb etdi

24 aprel 2024 , 07:47
Hindistan ballistik raketi  sınaqdan keçirdi

Hindistan ballistik raketi sınaqdan keçirdi

24 aprel 2024 , 06:52
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi

24 aprel 2024 , 05:43
Rüşvət almaqda  şübhəli bilinən nazir müavini SAXLANILDI

Rüşvət almaqda şübhəli bilinən nazir müavini SAXLANILDI

23 aprel 2024 , 22:34