İranda koronavirusun beşinci dalğası: 5 günlük lokdaun elan edildi
14 avqust 2021 19:02 (UTC +04:00)

İranda koronavirusun beşinci dalğası: 5 günlük lokdaun elan edildi

İran hökuməti koronavirusla əlaqədar vəziyyətin ağırlaşması səbəbindən beşgünlük lokdaun elan edib və əyalətlər arasında hərəkətə qadağa qoyub.

APA-nın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə koronavirusun yayılmasına qarşı mübarizə üzrə milli qərargahın rəsmi nümayəndəsi Əlireza Rəisi bildirib.

"Hərəkət məhdudiyyəti sabahdan tətbiq olunacaq və gələn həftənin şənbə gününə qədər davam edəcək. Bütün qurumlar, ofislər və banklar işlərini dayandıracaq", - Ə. Rəisi bildirib.

Xatırladaq ki, 14 avqust tarixinə olan məlumata görə, İranda 4 389 085 nəfər koronavirusa yoluxub, 97 208 nəfər dünyasını dəyişib. Ümumilikdə, İranda 18 581 226 nəfər peyvən olunub ki, onlardan 14 767 598-nə birinci doza, 3 813 628-nə isə ikinci doza vurulub.

İyunun əvvəlindən bəri İranda yeni yoluxma hallarının artımı müşahidə olunur. İranın səhiyyə naziri Səid Namaki iyulun 27-də bildirib ki, ölkə koronavirusun yayılmasının beşinci dalğasının zirvəsindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2109
avatar

Oxşar yazılar