İran tərəfindən buraxılan 100-ə yaxın pilotsuz uçuş aparatı vurulub.
Lent.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Bildirilib ki, PUA-lar ABŞ və İngiltərə tərəfindən vurulub və İsrail sərhədlərinə çatmayıb.
***
Saat 00:05
İran hərbi aviasiyası pilotsuz uçuş aparatları ilə İsrailə zərbələr endirib.
Lent.az-ın xəbərinə görə, bu barədə adıçəkilən ölkənin "KAN" radiosu məlumat yayıb.
İsrail rəsmiləri məlumatı təsdiqləyib.
İsrailin 12-ci kanalının məlumatına görə, Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanı gecə üç saatlıq bağlanacaq.