İki Avropa ölkəsi öz qoşunlarını Ukraynaya  göndərə bilər – şərtlər AŞIQLANDI
03 dekabr 2024 17:49 (UTC +04:00)

İki Avropa ölkəsi öz qoşunlarını Ukraynaya göndərə bilər – şərtlər AŞIQLANDI

Fransa və Böyük Britaniya öz qoşunlarını Ukraynada yerləşdirmək imkanını nəzərdən keçirir. Bu məsələ Ukrayna və Rusiya arasında mümkün sülh danışıqları kontekstində, xüsusən də atəşkəs razılaşmalarına əməl olunmasına nəzarət etmək üçün gündəmə gətirilir.

Lent.az bildirir ki, bu barədə “Azadlıq” radiosu NATO-dakı yüksək rütbəli mənbəyə istinadən xəbər verir.

Onun sözlərinə görə, müzakirələr Paris və London səviyyəsində gedir, lakin NATO-nun rəsmi mövqeyinə təsir etmir.

Bu ölkələr ABŞ və yeni prezident Donald Trampın rolunu nəzərə alaraq, lazım gələrsə, Ukraynaya dəstək verməklə bağlı mümkün ssenarilər üçün müxtəlif variantlar hazırlayır.

Bu cür təkliflərin hazırlanması həm də Ukrayna və Rusiya arasında sülh danışıqlarında avropalı müttəfiqlərin iştirakını təmin etmək üçün vacibdir.

Fransa prezidenti Emmanuel Makron vurğulayır ki, Fransa Rusiya ilə döyüşmək niyyətində deyil və eskalasiyanı istəmir, lakin müdafiəsi üçün Ukraynaya hər cür köməklik göstərməyə hazırdır. Makron onu da qeyd edir ki, ölkəsi təhlükəsizliyi təmin etmək üçün lazım gələrsə, xüsusən də Rusiya qoşunları cəbhəni yarıb keçərsə, öz qoşunlarını Ukraynaya göndərmək imkanını istisna etmir. Eyni zamanda, Fransa Böyük Britaniya ilə birlikdə Ukraynada hərbi koalisiyaya rəhbərlik etmək imkanını aktiv şəkildə müzakirə edir.

Litvanın NATO-dakı səfiri Deyvidas Matulionis qeyd edib ki, Litva da öz növbəsində Fransa qoşunlarının Ukraynada yerləşdirilməsi ideyasını dəstəkləyir. O əlavə edib ki, bu cür qərarlar NATO-nun iştirakı olmadan ayrı-ayrı dövlətlər səviyyəsində qəbul edilə bilər.

Lakin konstitusiya bunu qadağan etdiyi üçün İtaliya öz qoşunlarını göndərməyi istisna edir, bunu ölkənin xarici işlər naziri Antonio Tayani də təsdiqləyib. Həmçinin Estoniyanın müdafiə naziri Hanno Pevkur belə hərəkətlərin yüksək risklərini nəzərə alaraq, Qərb qoşunlarının Ukraynaya göndərilməsinin məqsədəuyğunluğuna şübhə etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978
avatar

Oxşar yazılar

Tehranın mərkəzində İsrail bayrağı qaldırıldı

Tehranın mərkəzində İsrail bayrağı qaldırıldı

4 dekabr 2024 , 11:06
Tbilisidə polis etirazçıları parlamentin qarşısından uzaqlaşdırdı

Tbilisidə polis etirazçıları parlamentin qarşısından uzaqlaşdırdı

4 dekabr 2024 , 09:48
Putinin hədiyyə etdiyi pişik öldü

Putinin hədiyyə etdiyi pişik öldü

4 dekabr 2024 , 07:44
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

4 dekabr 2024 , 07:15
57 yaşlı qadın ona hücum edən aslanı boğdu

57 yaşlı qadın ona hücum edən aslanı boğdu

4 dekabr 2024 , 05:45
Rusiya ərazisinə asteroid düşdü - VİDEO

Rusiya ərazisinə asteroid düşdü - VİDEO

3 dekabr 2024 , 23:03
Tbilisidə 143 polis əməkdaşı  yaralandı,   293 nəfər saxlanıldı

Tbilisidə 143 polis əməkdaşı yaralandı, 293 nəfər saxlanıldı

3 dekabr 2024 , 21:40
Suriya ordusunun generalı öldürüldü

Suriya ordusunun generalı öldürüldü

3 dekabr 2024 , 21:12