Hindistan-Pakistan müharibəsi başladı  - 26 ölü, 46 yaralı - VİDEO  - YENİLƏNİB
07 may 2025 09:14 (UTC +04:00)

Hindistan-Pakistan müharibəsi başladı - 26 ölü, 46 yaralı - VİDEO - YENİLƏNİB

Hindistan ordusunun Pakistana endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 46 nəfər isə yaralanıb.

***
03:56

Hindistan ordusunun Pakistana endirdiyi zərbələr nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu haqda “Geo TV” Pakistan ordusuna istinadən məlumat yayıb.

Məlumata görə daha iki nəfər itkin düşüb.

***

01:10

Hindistanın beş şəhərə raket hücumları nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Lent.az xəbər verir ki, bu haqda hərbi mənbələrə istinadən “Geo TV” məlumat yayıb.

***

00:49

Pakistanın Kəşmir bölgəsindəki Müzəffərabad şəhəri yaxınlığında çoxsaylı partlayışlar baş verib.

APA xəbər verir ki, Pakistan ordusunun mətbuat xidməti Hindistanın üç bölgədən hücuma keçdiyini açıqlayıb.

Məlumatda Hindistanın üç ayrı yerdən Pakistan ərazisinə raket hücumu etdiyi bildirilib.

Pakistan tərəfi hücumlara qarşılıq veriləcəyini bildirib.

Hindistan Silahlı Qüvvələri də açıqlamasında, Pakistanın işğalı altında olan Cammu və Kəşmirdəki terror infrastrukturuna zərbə endirəcək "Sindoor əməliyyatı"nın başladığını açıqlayıb.

9 rayonun hədəf alındığı bildirilən açıqlamada Pakistana aid heç bir hərbi obyektin hədəf alınmadığı vurğulanıb.

Hindistan hökuməti atılan addımların qarşıdurmaya yol açmadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4662

Oxşar yazılar

Lotereyadan 167 milyon dollar  uddu, 4 gün sonra həbs olundu

Lotereyadan 167 milyon dollar uddu, 4 gün sonra həbs olundu

7 may 2025 , 15:22
Kadırov istefa elanından sonra yeni mükafat  aldı

Kadırov istefa elanından sonra yeni mükafat aldı

7 may 2025 , 13:58
Milyonlarla can alan Kəşmir DAVASI:  Hindistan-Pakistan münaqişəsi necə başladı?

Milyonlarla can alan Kəşmir DAVASI: Hindistan-Pakistan münaqişəsi necə başladı?

7 may 2025 , 11:16
Məşhur aparıcı MRT zamanı öldü

Məşhur aparıcı MRT zamanı öldü

7 may 2025 , 10:14
Hindistan ordusu ağ bayraq qaldırdı

Hindistan ordusu ağ bayraq qaldırdı

7 may 2025 , 08:38
Kəşmirdə döyüş təyyarəsi   qəzaya uğradı

Kəşmirdə döyüş təyyarəsi qəzaya uğradı

7 may 2025 , 07:28
Pakistan 5 Hindistan qırıcısını vurdu - YENİLƏNİB

Pakistan 5 Hindistan qırıcısını vurdu - YENİLƏNİB

7 may 2025 , 04:13
Rusiya Kiyevi ballistik raketlə  vurdu

Rusiya Kiyevi ballistik raketlə vurdu

7 may 2025 , 03:06