Kim Çen In
17 may 2022 00:36 (UTC +04:00)

Kim Çen In

Həkimlər bacarmır – işə ordu cəlb edildi

Ötən həftə yeni növ koronavirusa ilk yoluxmanın qeydə alındığı Şimali Koreyada epidemioloji vəziyyət ağırlaşır. 

Lent.az-ın xəbərinə görə, rəsmi Pxenyanın qızdırma kimi qələmə verdiyi xəstəliyə 1 milyondan çox adam yoluxub. Azı 50 nəfərin öldüyü bildirilir.

Ölkə lideri Kim Çen In  pandemiya ilə mübarizə üçün ordunu köməyə çağırıb. Siyasi büronun iclasında dövlət başçısı tibbi resursların vaxtında bölüşdürülməməsində səhiyyə rəsmilərini təqsirləndirib. Digər tərəfdən, məhdud testgötürmə imkanları ilə əlaqədar Covid-19-a yoluxanlarının sayının daha yüksək olduğu istisna edilmir. 

Cənubi Koreya prezidenti Yun Sok-Yol pandemiya ilə mübarizədə Pxenyana yardım etməyə hazır olduqlarını açıqlayıb. O, Şimali Koreya razılıq verərsə bu ölkəyə dərman vasitələri, avadanlıqlar və tibb işçiləri göndərə biləcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki,  Şimali Koreyada indiyədək koronavirus əleyhinə vaksinasiya həyata keçirilməyib.

# 2025
avatar

Oxşar yazılar