Josip Dabro
19 yanvar 2025 11:48 (UTC +04:00)

Josip Dabro

Havaya atəş açdı, nazir postundan getdi

Xorvatiya Baş nazirinin müavini və kənd təsərrüfatı naziri Josip Dabro istefa verib.

Lent.az-ın xəbərinə görə, Josip Dabro bu barədə “Facebbook”-da paylaşım edib.

Qeyd edək ki, bir gün öncə sağ yönümlü Vətən Hərəkatı Partiyasından hökumətdə təmsil olunan 42 yaşlı Josip Dabronun musiqi dinləyərkən hərəkətdə olan avtomobilin pəncərəsindən tapança ilə atəş açdığını əks etdirən görüntü yayılıb. Xorvatiya hökuməti onun davranışlarını “uyğunsuz və məsuliyyətsiz” adlandırıb.

Josip Dabro paylaşımında bildirib ki, görüntü bir neçə il əvvələ aiddir, tapançadan boş patrondan atəş açılıb. Josip Dabro qeyd edib ki, şəxsi vəziyyəti hökuməti və nazirliyi prioritetlərindən yayındırmamalı və ya zəruri islahatları gecikdirməməlidir. Sabiq nazir istefa məktubunda hökuməti də işini davam etdirməyə çağırıb.

Baş verənlərə baxmayaraq Vətən Hərəkatı Partiyasının lideri İvan Penava hakim koalisiyada təmsilçiliklərini davam etdirəcəyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1221
avatar

Oxşar yazılar

HAMAS-ın da gözləntisi var

HAMAS-ın da gözləntisi var

19 yanvar 2025 , 16:14
Bu girovlar azadlığa buraxılır

Bu girovlar azadlığa buraxılır

19 yanvar 2025 , 14:30
Qəzzada atəşkəs başladı

Qəzzada atəşkəs başladı

19 yanvar 2025 , 13:29
Qəzzada atəşkəs təxirə düşdü-YENİLƏNİB

Qəzzada atəşkəs təxirə düşdü-YENİLƏNİB

19 yanvar 2025 , 11:05
“TikTok” ABŞ-də bağlandı -YENİLƏNİB

“TikTok” ABŞ-də bağlandı-YENİLƏNİB

19 yanvar 2025 , 09:35
Qəzzada ilk addım atıldı

Qəzzada ilk addım atıldı

19 yanvar 2025 , 09:07
Məhkəmə prezidentlə bağlı həbs qətimkan tədbiri   seçdi

Məhkəmə prezidentlə bağlı həbs qətimkan tədbiri seçdi

18 yanvar 2025 , 23:00
İsrail 1890 fələstinlini azad edəcək

İsrail 1890 fələstinlini azad edəcək

18 yanvar 2025 , 21:05