Göyərtəsində 5 nəfər olan təyyarə  dayanacağa çırpıldı
10 mart 2025 02:58 (UTC +04:00)

Göyərtəsində 5 nəfər olan təyyarə dayanacağa çırpıldı

ABŞ-nin Pensilvaniya ştatında kiçik təyyarə qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

İlkin məlumata görə, Pensilvaniyada yaşayış kompleksi və qocalar evinin yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb.

Hadisə yerli vaxtla saat 15:20-də baş verib. Təyyarənin dayanacağa çırpılması nəticəsində bir neçə avtomobil də yanıb. Qəza yerinə təcili yardım xidmətinin qrupları cəlb olunub.

Hadisə yanğınla nəticələnib. Təyyarənin Lankaster hava limanından havaya qalxdığı, lakin havaya qalxdıqdan az sonra idarəetməni itirərək qəzaya uğradığı bildirilir.

İnternetdə pilotun dispetçerlə hava limanına qayıtmalı olduğunu bildirən səs yazısı yayılıb.

Təyyarədə beş nəfər olub. Hazırda qəzanın səbəbi məlum deyil.

Hadisə zamanı insan tələfatı ilə bağlı hələ ki, məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar

Bu şəxslərin  viza və “grin kart”ları  ləğv ediləcək

Bu şəxslərin viza və “grin kart”ları ləğv ediləcək

10 mart 2025 , 06:11
Bu şəxs Kanadanın növbəti baş naziri  olacaq

Bu şəxs Kanadanın növbəti baş naziri olacaq

10 mart 2025 , 04:55
Ağ ev yaxınlığında atışma oldu

Ağ ev yaxınlığında atışma oldu

9 mart 2025 , 17:15
Tramp mövqeyini dəyişmir

Tramp mövqeyini dəyişmir

9 mart 2025 , 16:42
Qəzzada növbəti gərginlik

Qəzzada növbəti gərginlik

9 mart 2025 , 15:46
İlon Mask, ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri, iş adamı

İlon Mask bu oliqarxları hədəf aldı

9 mart 2025 , 13:04
Qəzzada ölənlərin sayı artdı

Qəzzada ölənlərin sayı artdı

9 mart 2025 , 10:57
İraqa da növbə çatdı

İraqa da növbə çatdı

9 mart 2025 , 10:36