Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər
21 aprel 2024 04:58 (UTC +04:00)

Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər

Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər.

Lent.az xəbər verir ki, almaniyalı və hollandiyalı tədqiqatçılar bununla bağlı araşdırma aparıblar.

Belə ki, fiziki təmasın təsirini anlamaq üçün alimlər 10 minə yaxın insanın iştirak etdiyi 200-dən çox araşdırmanı təhlil ediblər. Onlar müəyyənləşdiriblər ki, hətta “kiçik” və “zərif” toxunuşlar, yaş qrupundan asılı olmayaraq, onların müddəti və tezliyindən çox, ağrı, narahatlıq və depressiyaya müsbət təsir göstərir. Heyvanlarla, eləcə də insanlarla fiziki təmas psixi sağlamlıqda əsas rol oynayır.

Araşdırmada yeni doğulan körpələrlə valideynlərin təmasının vacibliyinə diqqət çəkilib, insanlar arasında fiziki təmasın sonrakı yaşlarda psixi sağlamlıq üçün vacib olaraq qaldığı qeyd edilib. Tədqiqatçılar, fiziki təmasın insanların həyatına daxil edilməsinin ümumi sağlamlığı yaxşılaşdırmaq üçün sadə və təsirli bir üsul ola biləcəyini sübuta yetiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2868
avatar

Oxşar yazılar