Fətullah Gülənin əmisi oğlu saxlanıldı
17 iyun 2025 05:43 (UTC +04:00)

Fətullah Gülənin əmisi oğlu saxlanıldı

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin əmisi oğlu Kəmaləddin Gülən sosial şəbəkədə Qazi Mustafa Kamal Atatürkü və prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi üçün həbs edilib.

Lent.az xəbər verir ki, İstanbul Prokurorluğu FETÖ lideri Fətullah Gülənin əmisi oğlu Kəmaləddin Gülənin sosial media hesabında “yahya_kema5566” adlı istifadəçi adı ilə Atatürk və prezident Ərdoğanın ünvanına təhqiramiz paylaşımlar etdiyini müəyyən edib.

Bu təsbitlərdən sonra prokurorluq şübhəli barəsində “Atatürkə qarşı işlənən cinayətlər haqqında qanun” və “Prezidenti təhqir etmək” ittihamı ilə həbs qərarı çıxarıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində şübhəli Kəmaləddin Gülən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376

Oxşar yazılar