Ermənistandan Türkiyəyə cinayətkar dəstənin başçısı və üzvü  ekstradisiya edildi
19 yanvar 2025 18:54 (UTC +04:00)

Ermənistandan Türkiyəyə cinayətkar dəstənin başçısı və üzvü ekstradisiya edildi

Ermənistan 2025-ci il yanvarın 19-da Türkiyəyə mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi ekstradisiya edib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd edilib ki, həmin şəxslər İnterpol tərəfindən qırmızı büllütenlə axtarışda olub: “Türkiyə Ermənistanın bu məsələdə göstərdiyi əməkdaşlığı yüksək qiymətləndirir”.

Məsələ ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X hesabında paylaşım edərək onların şəxsiyyəti barədə məlumat yayıb. Məlumata əsasən, Ercan Yılmaz 15 ildir Türkiyə tərəfindən 43 il həbs qərarı ilə, 14 ildir isə İnterpol tərəfindən qırmızı kateqoriyada beynəlxalq axtarışa verilib. O, “Barış Boyun” cinayətkar qruplaşması ilə əlaqəsi olan cinayətkar dəstənin rəhbəri sayılır.

Digər ekstradisiya edilən isə 6 il müddətinə Türkiyə tərəfindən 10 həbs qərarı ilə, 1 ildir İnterpol tərəfindən qırmızı kateqoriyada beynəlxalq axtarışda olan cinayətkar dəstənin üzvü İbrahim Kaymakdır.

Qeyd edilib ki, sözügedən şəxslərin Ermənistanda həbsi Türkiyə Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi, İnterpol-Avropol İdarəsi, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Kəşfiyyat İdarəsi və Ordu Vilayəti Polis İdarəsinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Ali Yerlikaya Türkiyə tərəfi ilə əməkdaşlığa görə Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Daduntsa təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3295

Oxşar yazılar

SEPAH-ın komandanı öldü

SEPAH-ın komandanı öldü

25 iyun 2025 , 19:53
Qadın onu 20 kişi ilə yatmağa məcbur edən ərini öldürdü

Qadın onu 20 kişi ilə yatmağa məcbur edən ərini öldürdü

25 iyun 2025 , 19:07
Ağladığı üçün 4 aylıq körpəni şkafda öldürdülər  - Ata-ana tutuldu

Ağladığı üçün 4 aylıq körpəni şkafda öldürdülər - Ata-ana tutuldu

25 iyun 2025 , 17:42
Turist vulkana   düşüb öldü

Turist vulkana düşüb öldü

25 iyun 2025 , 14:29
Tiktokeri canlı yayımda öldürdülər

Tiktokeri canlı yayımda öldürdülər

25 iyun 2025 , 13:59
İsrail-İran müharibəsi - SON DƏQİQƏ

İsrail-İran müharibəsi - SON DƏQİQƏ

25 iyun 2025 , 13:17
Çimərlikdən əlləri və ayaqları bağlı 5 cəsəd tapıldı

Çimərlikdən əlləri və ayaqları bağlı 5 cəsəd tapıldı

25 iyun 2025 , 13:00
Bəbir 4 yaşlı qızı anasının yanından aparıb yedi

Bəbir 4 yaşlı qızı anasının yanından aparıb yedi

25 iyun 2025 , 11:45