ABŞ-da sevgilisini çamadana salan və onu buraxmayan qadın ömürlük həbs cəzasına məhkum edilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Floridadan olan 47 yaşlı Sarah Bun 42 yaşlı Xorxe Torres üçün ölümcül olan zorakılığa görə mühakimə olunub. 2020-ci ilin fevral ayında cütlük spirtli içki qəbul edib və gizlənqaç oynayıblar. Bunun dediyinə görə, Torres könüllü olaraq çamadana girib, sonra fermuarı bağlayıb və o, partnyorunun çölə çıxmaq cəhdini izləyib.
Kişi sevgilisindən onu bayıra buraxmasını istəyib, amma o, yatağa gedib. Məhkəmədə Bune deyib ki, Torresin iki barmağı çamadandan çıxıb və onun özünü azad edə biləcəyini düşünüb. Qadın oyananda çamadanı açıb içəridə artıq huşunu itirmiş sevgilisini tapıb və həkimə zəng edib. Gələn həkimlər kişini xilas edə bilməyiblər.
Müstəntiqlərin sözlərinə görə, Torres sərbəst buraxılması üçün yalvarıb və bu zaman Bun gülüb. Oktyabr ayında keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilib və hökm çıxarılmazdan əvvəl zərərçəkmiş tərəfindən zorakılığa məruz qaldığını bildirib.
Qadın Torresin onu təpiklədiyini, yumruqladığını, zorladığını, boğduğunu iddia edərək, hakimin son hökmündən şoka düşüb. Yeni məhkəmə araşdırması üçün vəsatət qaldırılsada, rədd edilib.