Sakit Okeanın dibində səkkizinci qitə - Zelandiya tapılıb.
Lent.az xəbər verir ki, bu barədə Amerika Geoloji Cəmiyyətinin (GSA) saytında dərc olunan məqaləsində bir qrup tədqiqatçı məlumat verib.
Qeyd edilir ki, hazırda bu qitənin ərazisinin təxminən 94 faizi su altındadır. Bu da istisna deyil: Qərbi Antarktida buzla örtülməsə və izostatik olaraq düzəldilməsəydi, onun böyük hissəsi də su altında qalacaqdı.
Alimlərin fikrincə, Zelandiya bir vaxtlar qədim superqitə Qondvananın ümumi ərazisinin təxminən beş faizini tutub.
Tədqiqatçıların fikrincə, peyk qravitasiya məlumatlarından istifadə etməklə hazırlanmış batimetriya xəritələri Zelandiyanın vizual görüntüsünün yaradılmasına əhəmiyyətli köməklik göstərib.
Alimlər əlavə ediblər ki, Yerin topoqrafiyası Mars və Veneranın xəritələri qədər təfərrüatlı şəkildə tərtib edilsəydi, Zelandiya qitə kimi tanınardı.