Daha bir İŞİD lideri  öldürüldü
15 mart 2025 08:59 (UTC +04:00)

Daha bir İŞİD lideri öldürüldü

0

ABŞ prezidenti Donald Tramp İraqda İŞİD qruplaşmasının liderlərindən birinin məhv edildiyini açıqlayıb.

Lent.az xəbər verir ki, Tramp bu barədə “Truth” hesabında paylaşım edib.

“Bu gün İŞİD-in İraqdakı fərari lideri cəsur əsgərlərimiz tərəfindən amansızcasına ovlandıqdan sonra öldürüldü”, - Tramp yazıb.

O, həmçinin qeyd edib ki, əməliyyat İraq hökuməti və İraq Kürd Regional Muxtariyyətinin hökumət orqanları ilə koordinasiya əsasında həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1340

Oxşar yazılar