Dağıntılar altında ağlayan körpənin səsi 3 nəfəri xilas etdi
07 fevral 2023 16:32 (UTC +04:00)

Dağıntılar altında ağlayan körpənin səsi 3 nəfəri xilas etdi

Zəlzələdə ən çox qurban verən və ən çox dağıntıya məruz qalan Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık qəsəbəsində möcüzə yaşanıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, ağlayan 3 aylıq körpənin səsi 3 nəfərin həyatda qalmasına səbəb olub. Dağıntılar altında qalan həmin 3 nəfərin ürəyi gedib. Xilasedicilər uşağın səsi gələn ərazidə əməliyyat apararkən onunla bərabər daha üş nəfərin sağ olduğunu görüblər.

Körpə və onun “xilas etdiyi” 3 nəfər dağıntılar altından çıxarılıb. Xilas edilənlərdən biri körpənin anasıdır.  Eyni binada xilasetmə işləri aparılarkən iki kişi meyiti də aşkarlanıb.
 

# 1728
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar