Ceyms Bondun "Ölməyə vaxtı yoxdur" filmində istifadə olunan Aston Martin DB5 avtomobili hərraca çıxarılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2021-ci ildə çəkilmiş filmdə istifadə olunan avtomobilin 2 milyon lirəyə (təxminən 5 milyon manata yaxın) satılacağı gözlənilir.
Avtomobil Böyük Britaniyada hərraca çıxarılacaq.
Lakin film üçün xüsusi modifikasiya edilmiş nəqliyyat vasitəsi yolda qeydiyyatda olmadığından avtomobili alan şəxs avtomobili yolda idarə edə bilməyəcək.