Bu xəstəxanada 3 günə 20 nəfər öldü
12 aprel 2024 12:41 (UTC +04:00)

Bu xəstəxanada 3 günə 20 nəfər öldü

Rumıniyanın Buxarest məhkəməsinin prokurorluğu üç gün ərzində Müqəddəs Panteleimon xəstəxanasında reanimasiyada olan 20 xəstənin ölümü ilə bağlı cinayət işi açıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ölümə səbəb dərmanların təyin edilməsində səhv olub.

Buxarest məhkəməsinin prokurorluğu adam öldürmə maddəsi ilə cinayət işi açıb. Məlumata əsasən, aprelin 4-dən aprelin 7-dək Müqəddəs Panteleimon xəstəxanasının reanimasiya şöbəsində 20 nəfər dünyasını dəyişib. Ölüm norepinefrin dozasının azalması səbəbindən baş verib.

Bu məlumatın xəstəxananın özündə də təsdiqləndiyi deyilir. Tibb müəssisəsinin nümayəndələri özlərinin yoxlama apardıqlarını qeyd ediblər. Digər məsələlərlə yanaşı, Rumıniya Səhiyyə Nazirliyi də araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3669
avatar

Oxşar yazılar