Bu ölkədə peyvənd olunmayan müəllimlər dərs keçə bilməyəcək
24 sentyabr 2021 19:07 (UTC +04:00)

Bu ölkədə peyvənd olunmayan müəllimlər dərs keçə bilməyəcək

İsraildə koronavirusa qarşı peyvənd olunmayan və testdən keçməyən müəllimlərə dərs saatı verilməyəcək və onlar maaş ala biləməyəcəklər.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, İsrail Səhiyyə Nazirliyi 3 oktyabr tarixindən bu qərarın qüvvəyə minəcəyini açıqlayıb.

Sözügedən meyarlara cavab verməyən müəllimlərin məktəblərə qəbul edilməmələri istənilib. Hətta peyvənd olunmayan müəllimlər onlayn da dərs keçə bilməyəcəklər.

İsrail Təhsil Nazirliyinin açıqlamasına görə, ölkədə 210 min müəllimin təxminən yarısı hər iki dozada peyvənd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2316
avatar

Nigar Adil

Oxşar yazılar