Bu ölkədə PCR testi ləğv edilir
08 may 2022 15:09 (UTC +04:00)

Bu ölkədə PCR testi ləğv edilir

İsraildə növbəti dəfə koronavirus pandemiyası ilə əlaqədar tələbləri yumşaldılır.

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, İsrail hökuməti aeroportlarda PCR testi götürülməsi ilə bağlı tələbi ləğv edir.

Mayın 20-dən İsrail aeroportlarında sərnişinlərdən PCR testi götürülməsi dayandırılacaq.

Bununla belə, mayın 10-dan İsrailə səfər etmək istəyən əcnəbilər səfərə 1 gün qalmış laboratoriyada antigen testindən keçməli və testinin mənfi nəticəsini təqdim etməlidirlər.

# 2781
avatar

Oxşar yazılar