Bu ölkədə alimlər ölür
08 yanvar 2023 11:45 (UTC +04:00)

Bu ölkədə alimlər ölür

Çində yeni növ koronavirusa (COVİD-19) qarşı bir sıra məhdudiyyətlər ləğv ediləndən sonra ölkədə onlarla aparıcı alim və mühəndisin ölümü qeydə alınıb.

APA-nın “South China Morning Post” qəzetinə istinadən verdiyi xəbərə görə, 15 dekabr 2022-ci il - 4 yanvar 2023-cü il tarixlərində Çin Mühəndislər Akademiyasının 20 üzvü vəfat edib.

Qeyd edək ki, 2017-2021-ci illərdə il ərzində orta hesabla Çin Mühəndislər Akademiyasının 16 üzvü vəfat edib.

Xatırladaq ki, keçən il dekabrın əvvəllərində Çin karantin rejimini yumşaldıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3087
avatar

Oxşar yazılar