Bəy öz toyunda iştirak üçün min avro ödədi - ŞOK OLAY
04 iyun 2024 15:27 (UTC +04:00)

Bəy öz toyunda iştirak üçün min avro ödədi - ŞOK OLAY

İspaniyanın Mayorka adasında Konnor Lorimer adlı 29 yaşlı Britaniya sakini sərxoş halda əlbəyaxa dava edib və öz toyu öncəsi həbsxanaya düşüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Lorimer və onun yeddi həmyerlisi nüfuzlu Balneario İlletas klubunun çimərliyində spirtli içki qəbul edərək, digər istirahət edənləri narahat ediblər. Ofisiantlar onlardan dənizə zibil atmamağı xahiş edib. İngilislər buna aqressiv reaksiya verib və restoran işçiləri ilə əlbəyaxa dava başlayıb.

Onlar qadın ofisiantı tutub quma atıblar. Bunu görən oğlan ofisiant polisə müraciət edib. Turistlər saxlanılmazdan əvvəl iki polis əməkdaşını da yaralayıblar. Qeyd olunur ki, bəy, onun ən yaxın adamı və dostları iki gecəni dəmir barmaqlıqlar arxasında keçirib. Toy günü isə həbsdən azad olunmaq üçün min avro ödəyiblər.

Ancaq Lorimer baş verənlərə baxmayaraq, toydan həzz almağı bacarıb. Eyni zamanda Palma-de-Malyorka məhkəməsinin nümayəndələri britaniyalı turistlərin işinin bağlanmadığını və onların daha sonra məhkəməyə çağırılacağını vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3465

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26