Kanadada baribal cinsli qara ayı vertolyot istehsal edən şirkətin işçisini - 26 yaşlı qadını həmkarlarının gözü qarşısında parçalayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Alberta ştatının Suin Hills kəndi yaxınlığında baş verib.
Ştatın Balıq və Vəhşi Təbiət Xidmətinin əməkdaşları hadisəni araşdırır. Onların açıqlamasına görə, bölgəsində üç baribal ayısı görülüb.
Mütəxəssislər qeyd edib ki, pandemiya dövründə heyvanların hücumu nəticəsində insanlar arasında ölüm sayı dəfələrlə artıb. Onlar bunu insanların təmiz hava qəbul etmək məqsədi ilə təbiətə üz tutmaları ilə əlaqələndiriblər.
Qeyd edək ki, baribal cinsi Şimali Amerikada ən çox yayılmış ayı növüdür. Boyu 2 metrə çatır, çəkisi 360 kilodur.