Almaniyanın “Gepard” kompleksi Ukraynada – 4 kilometri vurur
08 avqust 2022 19:59 (UTC +04:00)

Almaniyanın “Gepard” kompleksi Ukraynada – 4 kilometri vurur

Almaniyanın 3 ədəd “Gepard” özüyeriyən zenit kompleksi Ukraynaya gətirilib. 

Lent.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” əməliyyat komandanlığının “Facebook” səhifəsində paylaşım edilib.

Bildirilib ki, sözügedən artilleriya qurğuları 4 kilometrə qədər məsafədə hədəfi yüksək dəqiqliklə vura bilir.

“Gepard”ı üç nəfərə ekipaj - sürücü, komandir və topçu asanlıqla idarə edir. Qurğu, həmçinin, vertolyot və təyyarə hücumlarından infrastruktur obyektlərini qoruya bilmək xüsusiyyətinə də malikdir.

Əsas sursat yükü hava hədəflərini vurmaq üçün 320 mərmidir, atəş sürəti isə dəqiqədə hər silahdan 550 atış təşkil edir. 

“Gepard”, eyni zamanda düşmənin intensiv elektron əks tədbirləri şəraitində fəaliyyət göstərməyə qadirdir.

Xatırladaq ki, Ukrayna hərbçiləri “Gepard”ı idarə etmək məharətinə yiyələnmək üçün ötən ayda Almaniya poliqonlarında məşqlərə cəlb edilmişdi.

# 1887
avatar

Oxşar yazılar