Moskvada həbsxanada dünyasını dəyişən siyasətçi Aleksey Navalnının dəfn mərasimi başa çatıb.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, minlərlə insan vidalaşmağa gəlib.
Bildirilir ki, vidalaşmağa gələn bəzi insanlar məbədin ərazisinə buraxılıb, lakin kilsənin özünə buraxılmayıb.
Gündəlik brifinq zamanı prezidentin mətbuat katibi Peskov rusları “razılaşdırılmamış aksiyalarda” iştirak etməmək barədə xəbərdarlıq edib.
Mərhumun dəfn mərasiminin keçirildiyi Maryinoda rabitə probleminin yarandığı və internetin işləmədiyi də bildirilir. Kilsənin yaxınlığına güclü polis qüvvəsi yerləşdirilib.
Açıqlamada bildirilir ki, vidalaşmağa gələn insanlar “Navalnı!”, bəziləri isə “Qəhrəmanlara eşq olsun!” şüarları səsləndiriblər.
Aleksey Navalnı Borisov qəbristanlığında dəfn olunub.
Xatırladaq ki, fevralın 16-da Rusiya hakimiyyəti Navalnının Yamalo-Nenets Muxtar Dairəsinin Xarp qəsəbəsindəki həbsxanada qəfil öldüyünü açıqlamışdı. Fevralın 24-də mərhum siyasətçinin cənazəsi anasına verilib.