ABŞ Ukraynaya bu məbləğdə  hərbi yardım edib
02 iyul 2022 00:37 (UTC +04:00)

ABŞ Ukraynaya bu məbləğdə hərbi yardım edib

ABŞ-ın Ukraynaya verəcəyi növbəti hərbi yardım paketində 2 səyyar NASAMS zenit-raket kompleksi və 4 RLS yer alır.

Lent.az-ın xəbərinə görə, bu barədə Pentaqonun sözçüsü Todd Bressil məlumat verib.

“ABŞ Müdafiə Nazirliyi Ukraynaya 820 milyon dollar dəyərində əlavə yardıma dair qərar verib. ZRK və RLS-lə yanaşı yardıma HİMARS yaylım atəşli reaktiv sistemləri və 150 min ədəd mərmi də daxildir” – deyə Bressil bildirib. 

Sözçü qeyd edib ki, Vaşinqtonun Ukraynaya hərbi yardımının ümumi dəyəri 7,6 milyard dollardır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1317

Oxşar yazılar