Sankt-Peterburqda 50 yaşlı həmyerlimizin meyiti tapılıb.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə dekabrın 17-də saat 16:30-da şəhərin Vsevolozsk rayonunda qeydə alınıb.
Cəsədi tapılan Əli adlı azərbaycanlının 35 yaşlı dostu onunla 1 həftə əlaqə saxlaya bilmədiyini deyib. Narahat olan dostu onun kirayədə yaşadığı evə gedib. Qapını aça bilmədiyi üçün pəncərəni sındırıb evə daxil olduqda Əlinin cəsədini boynu kəsilmiş halda divanda aşkar edib.
- 5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun
- MİDA-nın qazı kəsilir
- Şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli? - CAVAB
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə göndərilib.
Faktla bağlı yerli polis şöbəsində araşdırma aparılır.