Amerika Birləşmiş Ştatlarının Pfizer dərman şirkəti və Almaniyanın BioNTech şirkəti tərəfindən COVID-19 əleyhinə hazırlanmış peyvəndin 3-cü mərhələ sınaqlarının yüzdə 90 təsirli olduğu açıqlanıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 43 mindən çox könüllü ilə aparılan araşdırmada peyvəndin yüzdə 90-dan çox təsirli olduğu məlum olub.
"Bu gün elm və insanlıq üçün əla bir gündür", deyə Pfizer şirkətinin baş direktoru Albert Bourla bildirib.
O, bu mərhələnin peyvəndin COVID-19-u önləmə qabiliyyətinin ilk sübutu olduğunu açıqlayıb.
Qeyd edək ki, Türkiyə də daxil olmaqla 6 ölkə, 43 min 500 insan üzərində test edilən peyvənd üçün bu ayın sonundan təxirəsalınmaz vəziyyətlərdə istifadə olunacaq.