20 yaşını qeyd edən QIZ FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ  - FOTO
26 mart 2022 18:44 (UTC +04:00)

20 yaşını qeyd edən QIZ FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO

Bu gün Tümen-Borovski-Boqandinski avtomobil yolunun 16-cı kilometrliyində - Borovski yaşayış məntəqəsinin ərzaisindən keçən magistralda ağır yol qəzası baş verib.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı “Lada” markalı minik maşınında olan gənclərdən biri ölüb, üçü ağır yaralanıb.

İlkin məlumata görə, “Lada” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında yolayrıcını keçərkən qarşı tərəfdə hərəkətdə olan “Mercedes” markalı yük maşını ilə toqquşub. Bu zaman yük maşınının sürücüsü toqquşmadan qismən də olsa yayınmağa çalışarkən işıqfora çırpılıb.

Qəzada dünyasını dəyişən 20 yaşı qızın dünən doğum günü qeyd edilib. "Lada"da 20 yaşlı sürücüsündən savayı iki sərnişin - 24 yaşlı oğlan və 19 yaşlı qız da olub. Onlar xəstəxanaya yerləşdiriliblər. Hər üçünün tələbə olduğu bildirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3420

Oxşar yazılar