Ankarada “erməni açılımı”na etiraz kampaniyası
Türkiyə paytaxtında imza toplanır
Oktyabrın 5-dən Ankaranın mərkəzindəki Abdi İpəkçi Parkında Azərbaycanın haqq işini dəstəkləyən və Ermənistanla sərhədlərin açılması əleyhinə imzatoplama kampaniyası başlayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, kampaniyanın əhəmiyyətini vurğulayan Türkiyə İşçi Partiyası sədrinin müavini Məhmət Bədri Gültəkin bildirib ki, qardaş Azərbaycanın işğal altında olan torpaqları azad olunmayanadək ermənilərə heç bir güzəştdən söhbət gedə bilməz. Türkiyə paytaxtı sakinlərinin qardaş Azərbaycan xalqı ilə həmrəyliyinin əlaməti olaraq parkda qurulmuş çadırın qarşısında toplanacaq imzalar dövlət başçısına və parlamentə göndəriləcək.
Kampaniyanın ilk günü ankaralıların və paytaxtın qonaqlarının yüksək fəallığı müşahidə olunub.

Oxşar yazılar

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49