Qocalıqda nə yorğalıq?...
Karla Bruni ilə ayaqlaşmağa çalışan Fransa prezidenti xəstəxanaya düşüb
Fransa prezidenti Nikolas Sarkozi isti havada qaçarkən qəfil özünü pis hiss edib və xəstəxanaya aparılıb.
Lent.az-ın türk mətbuatına istinadən yaydığı məlumata görə, prezidentin baş beynindən qarın bölgəsinə uzanan sinirində problem aşkarlanıb. Mədə və bağırsaq sisteminin funksiyalarında önəmli rol oynayan, ürək və ağciyəri də əlaqələndirən bu sinirlə bağlı rahatsızlıq qısa müddətdə huşunu itməsinə və qəlb ritminin dəyişməsinə yol açır.
Fransa Prezident Sarayından verilən açıqlamada isə məsələ ilə bağlı detallı məlumat verilməyib. Sadəcə, Nikolas Sarkozinin isti havada qaçış idman növü ilə məşğul olarkən özünü pis hiss etdiyi və şüurunun yerində olduğu bildirilir.
Şəxsi həkiminin müdaxiləsindən sonra müayinədən keçirilmək üçün Parisdəki Val-de-Grace hərbi xəstəxanasına aparılan prezident gecəni xəstəxanada keçirəcək.
Qeyd edək ki, Nikolas Sarkozi gənc həyat yoldaşı Karla Bruninin sayəsində son vaxtlar idmana maraq göstərib. Böyük Britaniyanın “The Guardian” qəzeti yazır ki, məhz həyat yoldaşıyla birgə idman etməsinin nəticəsində Fransa prezidenti ən azı 4 kilo arıqlayıb.
Ancaq son rahatsızlığı göstərir ki, Nikolas Sarkozinin gənc həyat yoldaşı ilə ayaqlaşması çətindir.

Oxşar yazılar

Qonşu ölkədə təyyarə qəzaya uğradı-FOTO
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı - FOTO
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48