Ermənistan Gürcüstanı düşmənçiliklə hədələdi
Rusiya qazını Gürcüstan üzərindən Ermənistana ötürən kəməri almaq istəyən müştərilər arasında ARDNŞ-in olması ermənilərin yuxusunu qaçırıb. Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, Serj Sərkisyanın sədri olduğu Respublika Partiyasının parlament fraksiyasının üzvü, “Cavaxk İttifaqı”nın rəhbəri Şirak Torosyan deyib ki, Gürcüstan həmin kəməri satmaq istəyirsə, bunu yalnız İrəvana satmalıdır.
Şirak Torosyan bildirib ki, əgər Gürcüstan qaz kəmərini nə Ermənistana, nə Rusiyaya yox, Azərbaycana satarsa və bunu biznes-layihə kimi təqdim edərsə, o halda Azərbaycan Ermənistanın qazla təchizatında problemlər yaradacaq: “İndiki halda Azərbaycan öz ərazisindən Rusiya qazının Ermənistana ötürülməsinə imkan vermir. Əgər Gürcüstan dövləti bu kəməri Azərbaycana satarsa və bizə əlavə problem yaradarsa, buna bir ölkənin digərinə düşmənçiliyi kimi baxmaq lazımdır. Bu halda Gürcüstana cavab başqa yolla və başqa xarakterdə veriləcək”.
Bu, Serj Sərkisyanın partiyasının deputatının dili ilə Gürcüstanı hədələməsi kimi qəbul olunur. Ermənistan mətbuatında Şirak Torosyanın bəyanatının bu gün manşetlərə çıxarılması da bunun göstəricisidir.

Oxşar yazılar

Kəndə girən ayını dronla qovdu - VİDEO
7 iyul 2022 , 17:15
Boris Conson istefa verdi - VİDEO
7 iyul 2022 , 15:40
Ukraynada ölən Rusiya hərbçiləri ilə bağlı ŞOK İDDİA: "Meyitləri yandırılır"
7 iyul 2022 , 14:15
Rusiya-Ukrayna müharibəsinin bitəcəyi tarix AÇIQLANDI
7 iyul 2022 , 03:25
Məşhur aktrisa qurdları yedi - VİDEO
7 iyul 2022 , 02:05
5 yaşlı qızı öldürən pedofil cəzanı çox qəddarcasına adlandırıb
6 iyul 2022 , 23:02
Baş nazirin bu hərəkəti insanları hiddətləndirdi - VİDEO
6 iyul 2022 , 17:12