Türklərin 55 faizi Ermənistanla sərhədlərin açılmasını istəmir
Türkiyə vətəndaşlarının 55 faizi 10 oktyabr 2009-cu ildə Sürixdə Türkiyə və Ermənistan arasında imzalanmış protokolların ratifikasiya edilməsinin və Ermənistanla sərhədlərin açılmasının əleyhinədirlər. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Marşal Fondunun Türkiyədə keçirdiyi sorğunun nəticələri göstərib.
Marşal Fondu sorğunu bu ilin iyununda keçirsə də, nəticələri indi açıqlayıb. Türklərin 27 faizi Ermənistanla münasibətlərin bərpasına tərəfdar çıxıb.
Sorğuya qatılan türklərin əksəriyyəti Avropa Birliyindən daha çox Yaxın Şərq ölkələri ilə münasibətlərin möhkəmləndirilməsini istəyirlər. Əgər 13 faiz Avropa Birliyinə inteqrasiyanın tərəfdarıdırsa, 20 faiz Yaxın Şərq ölkələri ilə münasibətlərin inkişafını üstün tutur.
Sorğu onu da göstərib ki, türklər artıq ABŞ-ı sevmirlər. Əgər keçən il türk respondentlərin 50 faizi ABŞ-la müttəfiqliyi dəstəkləyirdisə, indi bu göstərici 28 faizə düşüb.

Oxşar yazılar

Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23