Ərdoğan-Klınton görüşündə qalmaqal
15 fevral 2010 10:30 (UTC +04:00)

Ərdoğan-Klınton görüşündə qalmaqal

Qətərdə keçirilən ABŞ-İslam Forumunda iştirak etmək üçün bu ölkəyə gedən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ikitərəfli görüşlər keçirib.


Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Hillari Klintonla da bir araya gəlib. Görüşə xarici işlər naziri Əhməd Davudoğlu da qatılıb.


Görüş 20 dəqiqə nəzərdə tutulsa da, 1 saatdan çox çəkib. Görüşün uzanması diplomatik qalmaqala yol açıb. Hillari Klintonun Qətər əmiri ilə görüşə gecikdiyini bildirən ABŞ-ın Qətərdəki səfiri Cosef LeBaron türk diplomatik heyətinə müraciət edib, baş nazir və xarici işlər nazirinə görüşü bitirməsi üçün xəbər göndərilməsini istəyib.

Türk diplomatlar və protokol işçiləri görüşə müdaxilə etmək istəməyiblər. Hirslənən Cosef LeBaron mühafizəçiləri keçərək görüşün keçirildiyi otağın qapısını yumruqlamağa başlayıb. Türk diplomatlar ona müdaxilə etməyə çalışıblar. Cosef LeBaron isə “siz önəmli deyilsiniz, Qətər əmiri daha önəmlidir”, - deyərək qışqırmağa başlayıb. Bu zaman Türkiyə baş nazirinin xarici siyasət məsələləri üzrə baş məsləhətçisi Fuat Tanlay və Cosef LeBaron bir-birlərinin boğazlarından tutublar. Fuad Tanlay ABŞ səfirinə bildirib ki, o, Türkiyəyə həqarət edə və burada kimin böyük, kimin kiçik olduğuna hökm edə bilməz. Diplomatlar iki səfiri aralayıblar. Çöldə yaşanan diplomatik qalmaqal və ABŞ səfirinin hərəkətləri içəridə eşidilsə də, Rəcəb Tayyib Ərdoğan və Hillari Klinton görüşü dayandırmayıblar.

Görüşdə isə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İrana ziyarəti, ABŞ-ın Tehrana çatdırılacaq mesajları müzakirə olunub. Eüyni zamanda Ermənistan, Kipr, Fələstin, İraq məsələləri və terrorla mübarizəyə də görüşdə xüsusi yer ayrılıb. Rəcəb Tayyib Ərdoğanın Hillari Klintonla görüşdə Türkiyə-Ermənistan protokollarından söz açdığını, Ermənistan Konstitusiya Məhkəməsinin qərarının prosesi ləngitdiyini söylədiyini bildirib. Baş nazir bildirib ki, Ankara Türkiyə–Ermənistan münasibətlərinin normallaşması Qafqazda sülh prosesinin bərqərar olması çərçivəsində görür. Rəcəb Tayyib Ərdoğan ATƏT-in Minsk qrupunun fəallaşmasını zəruri sayıb.
# 606

Oxşar yazılar