Ərdoğan tutulan əmioğlusu barədə danışdı
13 fevral 2010 11:30 (UTC +04:00)

Ərdoğan tutulan əmioğlusu barədə danışdı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iki gün əvvəl narkotik qaçaqmalçılığına görə tutulan və məhkəmənin haqqında həbs qərarı çıxardığı əmisi oğlu Mehmet Ərdoğan barədə danışıb.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Qətərə səfərdən öncə aeroportda jurnalistlərin suallarını cavablandıran baş nazir deyib ki, polis və məhkəmə qanunlara, hüquqa uyğun davranıb.

Rəəb Tayyib Ərdoğan Mehmet Ərdoğanla əlaqəsini də uzun müddətidir ki, kəsdiyini bildirib: “Onu əmioğluluqdan silmişdim”.
# 617

Oxşar yazılar