Tehran küçələrində atəş səsləri
11 fevral 2010 15:00 (UTC +04:00)

Tehran küçələrində atəş səsləri

İslam inqilabının 31-ci ildönümü günü hakimiyyətə qarşı kütləvi etiraz aksiyası keçirildi

Ölkənin güc strukturları bu etiraz aksiyasının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirib. Hakimiyyət qapadılan “Gmail Mail”lə bağlı alternativ şəraitin yaradılacağını bəyan edib. Müxalifət isə bəyan edib ki, bu addım hakimiyyətə qarşı olan qüvvələrin fəaliyyətinin əlaqələndirilməsinə mane olmaq məqsədi daşıyır.

Tehran hakimiyyəti çağdaş informasiya texnologiyasına qarşı dözümsüzlük nümayiş etdirməkdədir. “Frans Press”in məlumatına əsasən, “Google” İnternet- şirkəti ötən gün bəyan edib ki, İrandakı abunəçiləri “Gmail”ə (Google Mail) qoşula bilmir.

Bir müddət öncə “Wall Street Journal” yazmışdı ki, İran hakimiyyəti “Gmail” poçt xidmətindən istifadəni ölkə ərazisində dayandırmaq niyyətindədir.

ABŞ Dövlət Departamenti Tehranın bu addımını kəskin tənqid edib. Qeyd edək ki, bu qərar inqilabın 31-ci ildönümü gününə təsadüf edir. Ötən ilin yayında, seçkinin rəsmi nəticələrinə etirazlar zamanı ölkə vətəndaşları “Twitter” və “Gmail” kimi çağdaş informasiya vasitələrindən istifadə etmişdilər.

Baş verənlərə hələlik şirkətin rəhbərliyi rəsmi münasibət bildirməyib.

İranın rəsmi dövlət informasiya vasitələri isə “hakimiyyəti dəstəkləyənlərin dəstə-dəstə nümayiş keçirdiyini” xəbər verib. Xarici jurnalistlərə Tehranda parad meydanında dayanmış İslam Respublikasının prezidenti Mahmud Əhmədinijatın çıxışından başqa hər hansı xəbəri işıqlandırmaq yasaqlanıb.

İran hakimiyyəti müxalifətin çıxışını dayandırmağa nail ola bilməyib. Səhər tezdən küçələrə çıxan müxalifətlə polis arasında qarşıdurma yaranıb. Bu, Əhmədinijatın çıxış etdiyi meydandan bir neçə kilometr aralıda “Sabidik” meydanında baş verib.

Müxalif mənbələrin məlumatına görə, polis keçmiş prezident Məhəmməd Xatəminin qardaşı Məhəmmədrza Xatəmini və onun xanımı Zəhra İşraqini (ayətulla Xomeyninin nəvəsi, prezidentliyə keçmiş namizəd, parlamentin keçmiş sədri, Milli Etimad Partiyasının sədri Mehdi Kərrubinin oğlunun da tutulduğu haqda xəbərlər yayılıb.

Müxalifətin yaydığı başqa bir xəbərdə isə bildirilib ki, Tehranda etirazçı nümayişçilərə odlu silahdan atəş açılıb. Tutulan və xəsarət alanlar barəsində məlumat yayılmayıb.

Sədrəddin Sotan
# 589

Oxşar yazılar