Braziliyada istidən 100-dən çox adam ölüb
11 fevral 2010 10:30 (UTC +04:00)

Braziliyada istidən 100-dən çox adam ölüb

Anomal istilər Braziliyada qocaların qəniminə çevrilib.

Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, dözülməz istilər nəticəsinə son 3 gündə yalnız Santos şəhərində 32 nəfər yaşlı insan ölüb.

40 dərəcəni keçən anomal istilər ümumən Braziliyada yüzdən çox yaşlı insanın həyatına son qoyub. Ölənlərin yaşı 60-90 yaş arasında dəyişir.
# 524

Oxşar yazılar