Türkiyədə 90 atom bombası var!
10 fevral 2010 10:15 (UTC +04:00)

Türkiyədə 90 atom bombası var!

NATO-nun sabiq baş katibi Corc Robertson Türkiyədə atom bombaları olduğunu təsdiqləyib.

Lent.az-ın Türkiyənin “Vətən” qəzetinə istinadən verdiyi məlumata görə, Avropa İslahat Mərkəzinin hazırladığı hesabatda ABŞ-ın Türkiyədəki hərbi bazalarında atom bombası olduğu qeyd edilib və həmin hesabata NATO-nun sabiq baş katibi Corc Robertson da imza atıb.

Qeyd edək ki, bu vaxta qədər İncirlik hərbi bazasında atom bombalarının olduğu yönündə iddialar irəli sürülsə də, bu, təsdiqlənmirdi. İlk dəfə NATO-nun ən yüksək səviyyəli bir şəxsi tərəfindən İncirlik hərbi bazasında atom bombalarının varlığı təsdiqlənib. Hesabatda qeyd olunub ki, Türkiyə, Belçika, İtaliya və Hollandiyadakı ABŞ hərbi bazalarında 180 atom bombası var və təhlükəsizlik səbəbindən bu atom bombalarının bu ölkələrdə saxlanılmasına hələ də ehtiyac var.

İncirlik bazasında 90-a qədər atom bombası olduğu təxmin edilir.
# 953

Oxşar yazılar