Naziri ağlatdılar –
Noyabrın 20-də Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Ərəb Liqası ölkələrinin xarici işlər nazirləri ilə birlikdə İsrailin hücumuna məruz qalan Qəzza sektoruna gedib. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Əhməd Davudoğlu Qəzzada hücumlar zamanı həyatını itirən fələstinli ailələrlə də görüşüb.
Həyat yoldaşı Sare Davudoğlu və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan ilə Qəzzadakı Şəfa Xəstəxanasını ziyarət edən Əhməd Davudoğlu yaxınlarını itirən fələstinlilərə başsağlığı verib. O, həyatını itirmiş bir fələstinlinin yaxınları ilə qucaqlaşarkən göz yaşlarını saxlaya bilməyib. Əhməd Davudoğlunun hıçqıraraq, ağlaması ətrafdakı insanları da kövrəldib. Yaxın qohumunu itirmiş fələstinli ilə Əhməd Davudoğlu bir neçə dəqiqə bir-birindən ayrıla bilməyib.
Xarici işlər nazirinin uzun müddət xəstəxanada qarşılaşdığı mənzərə və yaşadıqlarının təsiri altında qaldığı müşayiət olunub. Daha sonra Əhməd Davudoğlu Ərəb Liqası dövlətlərinin xarici işlər nazirləri ilə birlikdə Qəzzadan ayrılıb. Fələstində dəstək məqsədi ilə belə bir ziyarəti gerçəkləşdirən xarici işlər nazirləri Refah sərhəd-keçid məntəqəsindən Misirə keçiblər.

Oxşar yazılar

Yekaterinburq məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib VİDEO -FOTOLENT -YENİLƏNİB
29 iyun 2025 , 11:27
İsveçrədə helikopter qəzası
29 iyun 2025 , 03:51
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq
29 iyun 2025 , 01:40
İsrail HAMAS-ın qurucularından birini öldürdü
28 iyun 2025 , 22:29
Nüvə müharibəsi olarsa yalnız iki təhlükəsiz yer var - Hamı ora köçmək istəyir
28 iyun 2025 , 20:15
Helikopterlə göydən dollar yağdırdılar - Onun ŞƏRƏFİNƏ
28 iyun 2025 , 19:43
İsrail İranın nüvə obyektlərini vurmaq üçün 15 il hazırlaşıb - KƏŞFİYYAT
28 iyun 2025 , 17:34