Tiflisdə azərbaycanlıların bazarı yandı
15 noyabr 2012 10:13 (UTC +04:00)

Tiflisdə azərbaycanlıların bazarı yandı

Bu gün səhər 07.00 radələrində Tiflis şəhəri yaxınlığında yerləşən Lilo bazarında yanğın baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə nəticəsində 51 mağaza yanıb. Mağazaların əksəriyyəti soydaşlarımıza məxsus olub. Hadisə yerinə 15 yanğınsöndürən maşın gəlib və 1 saat ərzində yanğın tamamilə söndürülüb. Yanğın nəticəsində soydaşlarımıza külli miqdarda ziyan dəyib. İlkin hesablamalara görə, ticarət obyektlərində olan on minlərlə dollarlıq mal yanıb. Bazarda çalışan və hadisənin şahidi olanlar APA-ya bildiriblər ki, bu, Lilo bazarında baş verən ikinci yanğın hadisəsidir. Ötən hadisədən fərqli olaraq bu dəfə yanğınsöndürənlər daha çevik və operativ çalışıblar. Soydaşlarımız bildiriblər ki, onların malları sığorta şirkəti tərəfindən sığortalanıb. İlkin versiyaya görə, yanğına səbəb elektrik xəttində qısa qapanma olub. Hazırda hadisə yerində polis tərəfindən araşdırma aparılır.
# 2494

Oxşar yazılar

İnsanları seçkiyə cəlb etmək üçün pivə verirlər

İnsanları seçkiyə cəlb etmək üçün pivə verirlər

18 may 2024 , 19:24
Bu pivəni içən 10 nəfər  öldü

Bu pivəni içən 10 nəfər öldü

18 may 2024 , 17:45
Sevgilisinin cinsi orqanını kəsib öldürdü

Sevgilisinin cinsi orqanını kəsib öldürdü

18 may 2024 , 17:13
Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü

Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü

18 may 2024 , 09:24
Bina çökdü, 33 ölü var

Bina çökdü, 33 ölü var

18 may 2024 , 05:11
Bişkekdə əcnəbilərlə dava düşdü

Bişkekdə əcnəbilərlə dava düşdü

18 may 2024 , 01:25
Rusiyada hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb

Rusiyada hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb

17 may 2024 , 22:37
NATO Ukraynaya  qoşun yeritmək   qərarına yaxınlaşdı - AÇIQLAMA

NATO Ukraynaya qoşun yeritmək qərarına yaxınlaşdı - AÇIQLAMA

17 may 2024 , 17:04