İranda dərman ehtiyatı tükənir
12 noyabr 2012 23:56 (UTC +04:00)

İranda dərman ehtiyatı tükənir

İddialı atom-nüvə proqramına görə Tehran hakimiyyətinə tətbiq edilmiş iqtisadi sanksiyalar ölkə həyatının bütün sahələrini əhatə etməkdədir.

Lent.az-ın məlumatına əsasən, İslam Respublikası məclisinin üzvü dərman və sanitar-gigiyena komissiyasının üzvü Rəsul Xəzri ötən gün jurnalistlərə çox maraqlı və təəssüfedici məlumat verib.

O, dava-dərman qıtlığından söz açan komissiya üzvü deyib: “Ölkədə dərman ehtiyatı iki aya tükənə bilər. Səhiyyə naziri dərman idxalı üçün ayrılan maliyyə vəsaitinin xərclənməsindən xəbərsizdir. Qurumun standartlarına əsasən, anbarlarda ən azı 6 ay üçün dərman ehtiyatı saxlanılmalıdır. Ancaq araşdırmalar zamanı bəlli olub ki, hazırda anbarlarda iki aylıq ehtiyat var”.

Onun sözlərinə görə, beynəlxalq sanksiyalar ucbatından xarici şirkətlərdən aldığı dərmanların pulunu ödəməkdə məhdudiyyətlərlə üzləşirlər, bu isə dava-dərmanının vaxtaşırı idxalı və onun qıtlığı ilə nəticələnir.
# 1207

Oxşar yazılar