Türkiyədən Suriyaya daha bir etiraz notası
12 noyabr 2012 21:51 (UTC +04:00)

Türkiyədən Suriyaya daha bir etiraz notası

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkənin Ceylanpınar məntəqəsindəki olaylarla bağlı Suriya hakimiyyətinə etiraz notası verib.

Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, nazir italiyalı həmkarı Giulio Terzi Sant’Agata ilə keçirdiyi birgə mətbuat konfransında bu məsələyə toxunaraq, deyib:«Suriya rejiminə açıq bir nota verdik. BMT Təhlükəsizlik Şurası və NATO-ya mövcud durumla bağlı məruzə etdik. Beynəlxalq ictimaiyyətin bu məsələyə səssiz yanaşması vicdanlara zərbə vurur. Bu yaşananlara məsuliyyət ilk növbədə Əsəd rejiminin üzərinə düşür. Məsuliyyət daşıyan ikinci tərəf isə BMT-nin Təhlükəsizlik Şurasının ədalətidir. Bu ədalət davam etdikcə, Suriya rejimi təxribatçı, təhrikedici fəaliyyətini sürdürəcək».

Suriya təyyarələrinin Türkiyə sərhədlərini keçmədiyini dilə gətirən türkiyəli diplomat əlavə edib:«Hava məkanımıza keçə idi, cavabının verərdik».

Xatırladaq ki, Suriya hakimiyyətinin təyyarələri Türkiyə ilə həmsərhəd bölgələri bombalayıb.

Suriya müxalifətinin ortaq bir birlik yaratmasına münasibət bildirən, Əhməd Davudoğlu beynəlxalq ictimaiyyəti bundan sonra üzərinə düşəni etməyə çağırıb.
# 1114

Oxşar yazılar