Türkiyə qırıcı təyyarələrinə Suriya qırıcılarını vurmaq əmri verildi
12 noyabr 2012 15:13 (UTC +04:00)

Türkiyə qırıcı təyyarələrinə Suriya qırıcılarını vurmaq əmri verildi

Türkiyə-Suriya münasibətləri yenidən gərginləşib. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu səhər Suriya qırıcı təyyarələrinin Türkiyə ilə sərhədin yaxınlığında yerləşən Rasulayn rayon mərkəzini bombalayıb.

Bomba qəlpələrinin sərhədin digər tərəfindən Türkiyənin Ceylanpınar rayon mərkəzinə düşməsi nəticəsində 1-i əsgər olmaqla, 3 nəfər yaralanıb. Bundan sonra Diyarbəkirdən çoxlu sayda türk qırıcı təyyarələri havaya qaldırılıb. “F-16” təyyarələri təcili olaraq bölgəyə göndərilib. Hərbi sursat yüklü qırıcı təyyarələrə Suriya qırıcıları sərhədi keçəcəyi halda onları vurmaq əmri verilib.

Bu arada NATO baş katibi Anders Foks Rasmussen yaranmış vəziyyətlə bağlı bəyanat verib. O bildirib ki, NATO Türkiyəni qorumaq və müdafiə etmək üçün nə lazımdırsa, edəcək.
# 2111

Oxşar yazılar