Suriya qırıcı təyyarələri Türkiyə sərhədini bombaladı –
Təyyarələr sərhədi pozub, qəlpələrdən yaralananlar var
Bu gün səhər saatlarında Suriya qırıcı təyyarələri Türkiyə sərhədini bombalayıb. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Suriya qırıcılarının hədəfi günlərdir ki, suriyalı müxaliflərlə ordu bölmələri arasında döyüş məkanına çevrilmiş Rasulayn kəndi olub.
Ancaq sərhədin bu tayında yerləşən Türkiyənin Ceylanpınar rayon mərkəzində də gərgin anlar yaşanıb. Rayonun bələdiyyə sədri İsmayıl Arslan deyib ki, Rasulayn kəndində yaralananlar Türkiyəyə gətirilirlər. O, şahidlərin kəndin bombalanması nəticəsində 50 nəfərin öldüyünü bildirdiklərini söyləyib. Bələdiyyə sədri bildirib ki, həm sərhəddəki Rasulayn kəndində düşən bombaların qəlpəsi, həm də Ceylanpınar rayon mərkəzində partlayışın təsiri ilə qırılan şüşələr nəticəsində yaralanan Türkiyə vətəndaşları var. O, Rasulayn kəndini bombalayan Suriya qırıcı təyyarələrinin geri dönərkən sərhədi pozduqlarını da söyləyib.

Oxşar yazılar

Müəllim bu fotolarına görə işdən qovuldu
17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?
17 iyul 2025 , 17:34
İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici
17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular
17 iyul 2025 , 15:09
NASA “super-Yer” planeti kəşf etdi
17 iyul 2025 , 04:11
Azərbaycanlı MMA döyüşçüsü Rusiya vətəndaşlığından çıxarıldı-VİDEO
16 iyul 2025 , 23:17
Əkrəm İmamoğluna hökm oxundu
16 iyul 2025 , 15:02