Moskvada İslam Partiyasının 6 üzvü saxlanılıb
12 noyabr 2012 11:17 (UTC +04:00)

Moskvada İslam Partiyasının 6 üzvü saxlanılıb

Moskvada İslam Dirçəliş Partiyasının (İDP) 6 üzvü saxlanılıb. Lent.az-ın Rusiya DİN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, saxlanılanlar Moskvadakı məscidlərdə ekstremist təbliğatla məşğul olurmuşlar.

Məlumata görə, İDP-nin fəaliyyəti Rusiya ərazisində qadağan olunub. Saxlanılan partiya fəallarının mənzillərində axtarış zamanı külli-miqdarda ekstremist məzmunlu ədəbiyyat, habelə xeyli silah-sursat aşkar edilib.
# 699

Oxşar yazılar